BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının mərkəzində bıçaqlı şəxslər insanlara hücum etdi - FOTO – VİDEO

Bakının Səbail rayonunda iki nəfər bıçaqlı şəxs insanlara hücum edib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Nizami küçəsində baş verib.

 

Həmin şəxslər insident zamanı yarıçılpaq vəziyyətdə olublar. Onlar ətrafdakıları bıçaqla təhdid etsələr də, başqa insanlara deyil, özlərinə xəsarət yetiriblər.

 

Əraziyə polis əməkdaşları cəlb olunub. Polis onların saxlanılması üçün əməliyyat keçirib və hər iki şəxs saxlanılaraq polis orqanına aparılıb.

 

Hadisənin təfərrüatları araşdırılır.

 

 

Fotoları təqdim edirik
Tarix: 12 Dekabr 2019, 23:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin