BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyev zəngə cavab versə də... - Səs yazısı

Ötən gün 4 aylıq ev həbsinə məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev telefona cavab verib. Manset.az saytı Mehdiyevlə əlaqə saxlayıb.

 

Jurnalist keçmiş PA rəhbərinin dövlətə xəyanətdə ittiham edilməsi haqda mövqeyini soruşub. O, telefonu açsa da, sualı eşidən kimi dəstəyi asıb.

 

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi dünən Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

 

Tarix: 19 Oktyabr 2025, 20:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin