BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını geyiminə görə döyən şəxsə elektron qolbaq taxıldı

Tərtər Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İxtiyar Bəkirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Qubadovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.


İttiham aktına görə, hadisə 06 may 2025-ci il tarixdə, saat 19:50 radələrində Tərtər rayonu ərazisində qeydə alınıb.


Belə ki, İxtiyar Bəkirov yaşadığı fərdi yaşayış evində məhkəmə qərarı əsasında həmin ünvanda yaşamaq hüququna malik olan keçmiş həyat yoldaşı, zərərçəkmiş Pərnisə Səmədova (adı, soyadı şərtidir) ilə aralarında yaranmış qısqanclıq zəminində mübahisə zamanı spirtli içkinin təsiri altında hərəkət edərək qəsdən xəsarət yetirməklə onun sağlamlığına zərər vurub.


Belə ki, təqsirləndirilən şəxs mübahisə zamanı zərərçəkmiş şəxsin geyiminə irad bildirib. Bu zaman o, emosiyalarını cilovlaya bilməyib, qadını cəzalandırmaq məqsədi ilə əvvəlcə əlinin ovuc hissəsi və yumruq zərbələri ilə Pərnisənin sifət, burun və ənsə nahiyələrinə bir neçə dəfə zərbə endirib. Daha sonra İxtiyar evin hamam otağından götürüb əlinə aldığı dəmirdən hazırlanmış su vedrəsi ilə qadının baş nahiyəsinə qəsdən iki dəfə zərbə vurub. Nəticədə Pərnisə Səmədovaya qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi kimi xəsarətlər yetirib.


Hadisədən sonra İxtiyar Bəkirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Tarix: 20 Oktyabr 2025, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin