BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" Avroliqanı heç-heçə ilə başa vurdu

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” avrokubok mövsümünü başa vurub.

 

Pravda.az-ın xəbərinə görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin VI turunun matçını keçirib.

 

Mübarizəni qrupda dayandıracağı ötən tur rəsmiləşən Qurban Qurbanovun yetirmələri “Düdelanj”la görüşüb. Lüksemburq təmsilçisi ilə matç Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

 

1/16 final şansı qalmayan uğursuzların görüşündə qalib müəyyənləşməyib. İkinci hissənin əvvəlində Qara Qarayevın qırmızı vərəqə almasından sonra “Qarabağ” azlıqda qalıb ki, lüksemburqlular da say üstünlüyündən yararlanaraq hesabı açıblar. Təmsilçimiz yalnız görüşün sonlarında Maqaye Qeyenin qolu ilə məğlubiyyətdən qaçıb.

 

Bu bərabərlik “Qarabağ”a 3-cü pilləni qorumaq imkanı verib. “Düdelanj” isə qrup sonuncusu olub.

 

Qeyd edək ki, qrupun digər oyununda APOEL “Sevilya”nı qəbul edib. Kipr təmsilçisi ev görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, ispaniyalıların ilk xal itkisi olub.

Tarix: 12 Dekabr 2019, 23:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin