BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaqlar məktəbdə tualetə getməkdən niyə çəkinirlər? – Mütəxəssislər xəbərdarlıq edir

Valideynlərin daha çox rastlaşdığı problemlərdən biri də uşaqların məktəbdə tualetə getməkdən çəkinməsidir.

 

Pravda.az bildirir ki, bu vəziyyət həm uşağın fiziki sağlamlığına, həm də psixoloji durumuna mənfi təsir göstərə bilər.

 

Araşdırmalar göstərir ki, məktəbyaşlı uşaqların böyük bir qismi məktəbdə “böyük tualetə” getməməyə üstünlük verir. Belə ki, aparılan bir sorğuda iştirak edən uşaqların 76 faizi məktəbdə tualetə getməkdən utanır, 65 faizi isə bu səbəbdən dərs zamanı diqqətini toplamaqda çətinlik çəkdiyini bildirib. Daha narahatedici məqam isə odur ki, uşaqların təxminən 30 faizi tualet ehtiyacından qaçmaq üçün məktəbdə yemək yemədiyini deyib.

 

Psixoloqlar bu davranışın səbəbləri arasında gigiyenik şəraitin yetərsizliyi, müəllimlərdən icazə almaqdan çəkinmə, dostları tərəfindən lağa qoyulma qorxusu və ya sadəcə tualetə getmənin ayıb bir hal kimi qəbul edilməsi kimi faktorları göstərir.

 

Valideynlərə tövsiyələr:

 

Uşağınızla açıq və dəstəkləyici tonda danışın. “Niyə tualetə getmək istəmirsən?” sualını anlayışla verin.

 

Məktəb rəhbərliyi ilə əlaqə saxlayaraq tualetlərin gigiyenası və istifadəsi ilə bağlı tədbirlər görülməsini istəyin.

 

Uşağa məktəbdə tualetə getməyin normal və təhlükəsiz olduğunu tez-tez xatırladın.

 

Onu başa salın ki, bu problemi təkcə o yaşamır və çəkinməyə ehtiyac yoxdur.

 

Mütəxəssislər xəbərdarlıq edir ki, uzun müddət tualetə getməmək qəbizlik, sidik yolları infeksiyası kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu səbəbdən problemin vaxtında həll olunması vacibdir.

 

Əminə Bayramova

Tarix: 21 Oktyabr 2025, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin