BURADA REKLAMINIZ OLA
BİLƏR

Evinizi pastel tonlarla gözəlləşdirin Dekorasiyada yeni trend

Son illərdə interyer dizaynında pastel rənglərə maraq xeyli artıb.

 

Pravda.az bildirir ki, bu yumşaq və sakit tonlar evlərdə həm modern, həm də rahat atmosfer yaratmağa kömək edir.

 

Pastel rənglər harada və necə istifadə olunmalıdır?

Pastel tonlar – mavi, çəhrayı, lavanda, açıq sarı kimi yumşaq rənglər – xüsusilə qonaq otağı, yataq otağı və mətbəx kimi əsas sahələrdə effektiv nəticə verir. Mütəxəssislər bu tonların neytral rənglərlə (ağ, boz, bej) birlikdə istifadə edilməsini tövsiyə edirlər.

 

Qonaq otağı:

Konyak rəngli divanla birlikdə açıq mavi və ya bənövşəyi tonlu xalçalar və aksesuarlar qonaq otağında isti bir ab-hava yaradır.

 

Yemək otağı:

Klassik bistro stulları pastel rənglərə boyanaraq həm retro, həm də çağdaş bir görüntü əldə olunur.

 

Yataq otağı:

Yumşaq çəhrayı, boz və ya krem tonları yataq otağında sakitlik və harmoniyanı təmin edir. Müxtəlif teksturalardan istifadə isə monotonluğu aradan qaldırır.

 

Giriş və koridorlar:

Tək bir pastel tonla boyanmış divar və taxta aksesuarlar məkanı daha geniş və işıqlı göstərir.

 

Vanna otağı:

Artıq sadəcə ağ deyil, pastel çəhrayı və sarı kimi rənglər də vanna otağında populyarlıq qazanır. Lakin istifadə miqdarı diqqətlə seçilməlidir.

 

Ekspertlərin tövsiyəsi:

Dekorasiyada pastel rənglərin uğurla tətbiq olunması üçün balans vacibdir. Tək bir rəngi əsas götürmək və onu sadə materiallarla birləşdirmək evin ümumi estetikasına müsbət təsir göstərir.

 

Əminə Bayramova

Tarix: 21 Oktyabr 2025, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin