BURADA REKLAMINIZ OLA
BİLƏR

Yatmazdan əvvəl saçınızı qurudun – 9 vacib səbəb

Duşdan sonra saçlarını tam qurutmadan yatağa girənlər risk altındadır. Mütəxəssislər xəbərdarlıq edir ki, nəm saçlarla yatmaq həm sağlamlıq problemlərinə, həm də saç strukturunun zəifləməsinə səbəb ola bilər.

 

Pravda.az bu vərdişin zərərlərini təqdim edir:

 

Saç qırılması – Nəm saç daha kövrək olduğu üçün yastıqla təmasda asanlıqla qırıla və nazilə bilər.

 

Soyuqdəymə riski – Nəm saç başın soyumasına səbəb olur və bu, xüsusilə payız-qış mövsümündə tez-tez soyuqdəyməyə yol açır.

 

Göbələk və bakteriya riski – Nəm yastıq mühiti bakteriyaların və göbələk infeksiyalarının çoxalması üçün ideal şərait yaradır.

 

Saç dərisində problemlər – Uzunmüddətli nəm baş dərisində qaşınma, kəpək və dermatit kimi problemlərə səbəb ola bilər.

 

Saçların matlaşması – Yatarkən islanmış saç formadan düşür, dolaşır.

 

Pis qoxu – Nəm mühitdə yaranan mikroorqanizmlər saçların pis qoxmasına gətirib çıxara bilər.

 

İmmunitet zəifləməsi – Davamlı soyuqdəymə orqanizmin müdafiə sistemini zəiflədir.

 

Sızanaq riski – Nəm yastıq üzü dəri ilə təmasda olduğu üçün sızanaq və dəri qıcıqlanmasına səbəb ola bilər.

 

Baş ağrısı – Soyuq və nəm baş dərisi bəzi insanlarda baş ağrısı və miqrenə səbəb ola bilər.

 

Nə etmək lazımdır?

Mütəxəssislər saçların ya fenlə qurudulmasını, ya da havada tam qurumasını gözləyib yatağa girilməsini tövsiyə edir. Bu, həm saç sağlamlığını qoruyur, həm də ümumi rahat yuxu üçün vacibdir.

 

Əminə Bayramova

Tarix: 22 Oktyabr 2025, 17:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin