BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

AB liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmaq qərarına gəliblər.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti” Avropa Şurasındakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, dekabrın 12-də keçirilən AB sammitində liderlər təkcə iqlim problemlərini deyil, digər məsələləri də müzakirə ediblər.

 

“Onların arasında Rusiya da var idi. Sanksiyalar uzadıldı”, - deyə mənbə bildirib.

 

Bundan əvvəl, Avropa Birliyinin dövlət və hökumət başçılarının Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcəyi bildirilib.APA

Tarix: 13 Dekabr 2019, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin