BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bakubus” elektrik dolum stansiyalarının alınmasına 1.1 milyon xərcləyəcək – TENDERSİZ

“Bakubus” MMC elektrik enerjisi ilə işləyən avtobuslar (BYD) üçün elektrik dolum stansiyalarının alınmasına və Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yerləşən avtobus parkına quraşdırılmasına 1 193 451 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, milyonluq xidməti “Electrify Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərəcək.

 

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni birbaşa satınalma olub.

 

Qeyd: “Electrify Azerbaijan”nın Nizamnamə kapitalı cəmi 100 AZN-dir. Qanuni təmsilçisi isə Tariyel Nazim oğlu Rüstəmovdur.

 

Cabir Həsənov

Tarix: 24 Oktyabr 2025, 16:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin