Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi ittihamı ilə bağlı istintaq hərəkətləri davam edir. Bakupost.az-a daxil olan məlumata görə, artıq 180-dən çox keçmiş vəzifəli şəxs istintaqa cəlb olunub.
“30-dan çox icra başçısı və keçmiş icra başçıları da ifadəyə çağırılıb. Mehdiyev işi üzrə çox sayda millət vəkilinin də ifadəsi alınıb. Vasıf Talıbov və ona yaxın bəzi iş adamlarının da adı Mehdiyev işində hallanır”.
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbayel Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Cinayət işi çərçivəsində Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışları yasaqlanıb.
Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Timur Mehdiyev və qızı Kamilə Əliyeva artıq ölkədən kənara çıxa bilmirlər. Bundan başqa, Mehdiyevin kürəkəni -sabiq deputat İlham Əliyev barəsində də ölkədən çıxışa qadağa qərarı qüvvədədir.
Məlumata görə istintaq çərçivəsində artıq təkcə Ramiz Mehdiyev deyil, onun ailə üzvlərindən Qalina Mehdiyevanın da dindirilib. Bu fakt Mehdiyevlərin cinayət işi üzrə yalnız ailə üzvü kimi deyil, potensial iştirakçı və ya məlumat daşıyıcıları kimi dəyərləndirildiyini göstərir.
Bu baxımdan Qalina Mehdiyevanın ifadəsi xüsusilə Ramiz Mehdiyevin yaxın ətrafı və maliyyə əməliyyatlarına aydınlıq gətirə bilər. Mehdiyevlərin adı illərlə dövlət əmlakının, sahibkarların mal-mülkünün mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, qohumbazlıq yolu ilə kadr təyinatları və gizli maliyyə axınlarının idarə edilməsi kimi məsələlərdə hallanıb. Mehdiyev imperiyası dağılma prosesinin son mərhələsini yaşayır.
Gələn məlumatlar Ramiz Mehdiyevin siyasi taleyi ilə yanaşı, onun ailəsinin də hüquqi məsuliyyət daşıya biləcəyi ehtimalını gündəmə gətirib. İstintaq davam edir.
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin