BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda iki avtomobil toqquşdu, xanım sürücü jurnalisti təhqir etdi - VİDEO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, avtoqəza Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində qeydə alınıb.

 

Avtoqəza zamanı Elnur Məmmədovun idarə etdiyi “Range Rover” markalı minik maşını ilə Lamiyə Əbəçiyevanın idarə etdiyi “Jeep Grand Cherokee” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisədən sonra sürücülər arasında mübahisə də yaranıb. Hətta “Jeep” markalı avtomobilin xanım sürücüsü APA-nın çəkiliş qrupuna da təzyiqlər göstərib.

 

Əraziyə polis əməkdaşları cəlb olunub və müayinələr aparılıb. Sürücülər ifadələrinin alınması üçün polis orqanına dəvət edilib.APA

 

Fotoları təqdim edirik
Tarix: 13 Dekabr 2019, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin