BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Veteranlar Şurasının sədri Arif Rəhimzadə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin partiyanın Veteranlar Şurasından, o cümlədən YAP-dan hələ də xaric edilməməsinə aydınlıq gətirib.

 

A.Rəhimzadə Pravda.az-a açıqlamasında bildirib ki, hər şey qanun çərçivəsində həll edilməlidir.

Prezidentdən Arif Rəhimzadə ilə bağlı SƏRƏNCAM Pravda.az

“Heç kəs Ramiz Mehdiyevdən çəkinmir. Onunla bağlı məsələlər sübuta yetirildikdən sonra bu addımlar atılacaq. Bu dəqiqə araşdırmalar aparılır. Nəticəyə əsasən, həm müvafiq orqanlar, həm də YAP tərəfindən Ramiz Mehdiyev barədə qərar qəbul olunacaq”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 31 Oktyabr 2025, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin