BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir nəfər dəm qazından boğuldu

Bakıda 56 yaşlı qadın dəm qazından boğulub.

 

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.

 

Həmin qəsəbədə yaşayan 1963-cü il təvəllüdlü Kudelina Tatyana Vasilyevna mənzilinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.APA

Tarix: 13 Dekabr 2019, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin