BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaradağda həbs edilən vəzifəli şəxslərin adları açıqlandı - Növbə icra başçısınındır?

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

 

Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.

 

Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib.

 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin32.5, 311.3.1, 32.5, 311.3.3, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham edilir.

 

Qeyd: Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdur.

Tarix: 2 Noyabr 2025, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin