BURADA REKLAMINIZ OLA
BİLƏR

II Qareginin saxlanılan qardaşı və qardaşı oğlu dindirildi

Katolikos II Qareginin saxlanılan qardaşı Qevork Nersisyan və onun oğlu Ambarstum Nersisyan dindirilib.

 

Bu barədə Ermənistan mediası onların vəkili Ara Zohrabyana istinadən məlumat yayıb.

 

Vəkilin sözlərinə görə, hər iki şəxs saxlanıldıqdan sonra dindirilib və ifadələrinin videogörüntüsü istintaq orqanına təqdim olunub.

 

“Qevork Nersisyan və onun oğlu Ambarstum Nersisyan saxlanılıblar. Onlar ifadə veriblər, videoyazı istintaqa təqdim olunub. Hazırda qərarın verilməsini gözləyirik. Qanuna əsasən, 12 saat ərzində məhkəməyə həbs qətimkan tədbiri seçilməsi üçün müraciət edilməli və ya onlar azad olunmalıdır”, – Ara Zohrabyan bildirib.

 

Qeyd edək ki, bir gün öncə Qevork Nersisyan və onun qardaşı oğlu Ambarstum Nersisyan xuliqanlıq və təbliğat kampaniyasının aparılmasına mane olma ittihamları ilə saxlanılıblar.

 

APA

Tarix: 3 Noyabr 2025, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin