BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücünün ölümündə günahlandırılan şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində yol qəzasında təqsirləndirilən Məlik Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 9 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 09 dekabr 2023-cü il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində qeydə alınıb.


Belə ki, Məlik Həsənovun idarə etdiyi “Kia Sorento” markalı avtomobillə Hidayət Mehdizadənin idarə etdiyi “Mercedes-Benz E220” markalı maşını toqquşub. Nəticədə H.Mehdizadə hadisə yerində vəfat edib.


Hadisədən sonra Məlik Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.  

Kamal Məmmədov 

Tarix: 4 Noyabr 2025, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin