BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər İsmayılov saxlanıldı

İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.

 

Pravda.az Milli.Az-a istinadən xəbər verir ki, Azər İsmayılov vətəndaşların çoxsaylı şikayətlərindən sonra saxlanılıb.

 

Belə ki, onun rəhbərlik etdiyi "iamzervacademy" kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib.

 

50-dən çox şəxsin bu yolla aldadıldığı bildirilir.

 

Qeyd edək ki, Azər İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloggerlər və müğənnilər də reklam edib. Bu yolla vətəndaşların inamını qazanıb.

Tarix: 4 Noyabr 2025, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin