BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yük qatarı qadını vurdu

Şəmkirdə yük qatarı qadını vurub.

 

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb.

 

Həmin ərazidən keçən elektrovoza qoşulmuş yük qatarı Qazax istiqamətində olan zaman Zəyəm qəsəbə sakini, 1984-cü il təvəllüdlü Xəyalə Şərifovanı vurub. Nəticədə X. Şərifova xəstəxanaya çatdırılsa da, orada ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci( yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.APA

Tarix: 13 Dekabr 2019, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin