BURADA REKLAMINIZ OLA
BİLƏR

Yevlax çoxmənzilli yaşayış binalarının fasadlarında əsaslı təmir işlərinə 270 min xərclənəcək

Yevlax şəhərində yerləşən çoxmənzilli yaşayış binalarının fasadlarında əsaslı təmir işlərinə 271 499 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, təmir işlərini “Baku Building” MMC görəcək.

 

Yevlax Rayon İcra Hakimiyyəti və MMC arasında müqavilə bağlanıb.

 

Qeyd: Rayon icra hakimiyyətinin başçısı Anar Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun kürəkənidir. “Baku Building”ə gəlincə isə, MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri rayonu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev 37B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Hüseynovdur. Samir Hüseynovdan əvvəl şirkəti Mahal İman oğlu Göyüşov təmsil edib. Mahal Göyüşov isə Əli Məmməd oğlu Mirzəyevi əvəz edib. Mediada gedən məlumatlara görə, şirkətin sahibi də Əli Mirzəyevdir. O, "tender kralı" kimi tanınan iş adamı Ramazan Mirzəyevin qardaşıdır. R.Mirzəyevin BŞİH-in elan etdiyi tenderlərin qalibi olur.

 

Cabir

Tarix: 4 Noyabr 2025, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin