BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərnişinlərin NƏZƏRİNƏ: Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemi dəyişdirilir

Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 23 marşrutun hərəkət sxemi dəyişdirilir.

 

Bu barədə Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Belə ki, dəyişikliyə əsasən:

 

1, 2, 46 və H1 nömrəli marşrutlar "28 May" NMM - Puşkin küçəsi - Nizami küçəsi - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

 

4 nömrəli marşrut "28 May" NMM - Puşkin küçəsi - Nizami küçəsi - Yusif Səfərov küçəsi - Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Mərkəzi Bulvar küçəsi - 1-ci Yaşıl Ada küçəsi (Ağ şəhər) - Xaqani Rüstəmov küçəsi - Süleyman Vəzirov küçəsi - Nəcəfqulu Rəfiyev küçəsi - Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

 

5 nömrəli marşrut metronun "Nəriman Nərimanov" stansiyası - Süleyman Rəhimov küçəsi (metronun "28 May" stansiyası) istiqamətində hərəkət edəcək.

 

6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət metronun "Azadlıq prospekti" stansiyası - Axundov bağını, ikinci istiqamət 20-ci Sahə (Ö.Nemanzadə küçəsi) - Su İdmanı Sarayı - "Binə" ticarət mərkəzini əhatə edir.

 

10 nömrəli marşrut Mikayıl Müşfiq küçəsi - Abdulla Şaiq küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - "28 May" NMM - Puşkin küçəsi - Nizami küçəsi - Yusif Səfərov küçəsi - Xocalı prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi - Nəcəfqulu Rəfiyev küçəsi - Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

 

18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı) olacaq.

 

20 nömrəli marşrut "28 May" NMM - Puşkin küçəsi - Nizami küçəsi - Yusif Səfərov küçəsi - Xocalı prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Süleyman Vəzirov küçəsi - Ağ Şəhər - 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti - Xaqani Rüstəmov küçəsi - Süleyman Vəzirov küçəsi - Nəcəfqulu Rəfiyev küçəsi - Xocalı prospekti - Yusif Səfərov küçəsi - Mehdi Mehdizadə küçəsi - 28 May küçəsi - Rəşid Behbudov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

 

21, 120 və 120E nömrəli marşrutlar "28 May" NMM - Kövkəb Səfərəliyeva küçəsi - Nizami küçəsi - Yusif Səfərov küçəsi - Xocalı prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Süleyman Vəzirov küçəsi - Ağ Şəhər - 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti - Xaqani Rüstəmov küçəsi - Süleyman Vəzirov küçəsi - Nəcəfqulu Rəfiyev küçəsi - Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

 

30 və 49 nömrəli marşrutlar "28 May" NMM - Kövkəb Səfərəliyeva küçəsi - Nizami küçəsi - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

 

32 nömrəli marşrut "28 May" NMM - Kövkəb Səfərəliyeva küçəsi - Nizami küçəsi - Yusif Səfərov küçəsi - Xocalı prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Süleyman Vəzirov küçəsi - Ağ Şəhər - 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti - Xaqani Rüstəmov küçəsi - Süleyman Vəzirov küçəsi - Nəcəfqulu Rəfiyev küçəsi - Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

 

61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Rəşid Behbudov küçəsi ilə;

 

65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi - İstiqlaliyyət küçəsi - Azərbaycan prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

 

88 nömrəli marşrutun son dayanacaq məntəqəsi Füzuli küçəsi olmaqla fəaliyyəti Azadlıq prospekti - Füzuli küçəsi - Rəşid Behbudov küçəsi ilə təşkil ediləcək.

 

88A nömrəli marşrut "28 May" NMM - Puşkin küçəsi - Nizami küçəsi - Yusif Səfərov küçəsi - Xocalı prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi - Nəcəfqulu Rəfiyev küçəsi - Xocalı prospekti - Yusif Səfərov küçəsi - Mehdi Mehdizadə küçəsi - 28 May küçəsi - Puşkin küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

 

125 nömrəli marşrutun son dayanacaq məntəqəsi "28 May" NMM olmaqla fəaliyyəti İpək yolu (Dairəvi yol) - Mikayıl Müşfiq küçəsi - Şəmsi Bədəlbəyli küçəsi ilə təşkil ediləcək.

 

149 nömrəli marşrut Sahil qəsəbəsi - "20-ci Sahə" dairəsi istiqamətində fəaliyyət göstərəcək.

 

205 nömrəli marşrutun fəaliyyəti İpək yolu (Dairəvi yol) - Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.

Tarix: 4 Noyabr 2025, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin