BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: “İslahatdan dəm vuran nazirlər qohum və dostları olmayan kiçik və orta sahibkarlarla söhbət etsinlər”

“Milli Məclisin iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Sahil Babayevin çıxışlarını dinlədim. Başa düşdüyüm odur ki, mən bu nazirlərin danışdığı Azərbaycanda yaşamıram. Onların öz Azərbaycanları var və orada insanlar bu günə qədər yağ içində yaşayıblar, vergi islahatından sonra isə yağ-bal içində yaşayacaqlar. Üstəlik deyəsən Mikayıl Cabbarov məni və məni kimi insanların maddi rifahının günü gündən pisləşməsini dilə gətirən hamını yalan məlumat yaymaqda da suçladı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Aslan İsmayılov bildirib.

 

“İnsanlarımızın maddi durumunun Gürcüstan və Ermənistandan aşağı olduğunu bir daha təkrar edirəm. İslahatdan dəm vuran nazirlər işlərinin nəticəsini görmək istəyirlərsə heç olmasa bir gün bircə dəfə Bakı metrostansiyalarına düşüb insanların vəziyyəti ilə maraqlansınlar. Bir də vaxtları olsa, öz qohum və dostları olmayan kiçik və orta sahibkarlarla söhbət etsinlər”, - A.İsmayılov qeyd edib.

Tarix: 5 Noyabr 2025, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin