BURADA REKLAMINIZ OLA
BİLƏR

At əti daşıyan şəxs saxlanıldı

İsmayıllı şəhəri ərazisində hərəkətdə olan “VAZ 21011” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, avtomobilin yük hissəsinə baxış keçirilən zaman oradan heyvan cəmdəyi aşkar edilib. Nəqliyyat vasitəsinin sürücüsü, İsmayıllı şəhər sakini Elçin Məmmədovdan daşıdığı həmin ətə görə sənədlər tələb olunduqda, o, sənəd təqdim etməmiş, ətin mənşəyi məlum olmadığından avtomobil müvəqqəti duracağa yerləşdirilib. E.Məmmədov izahatında həmin ətin at əti olduğunu və Ağsu rayonunda kəsərək İsmayıllıya gətirdiyini bildirib.

 

Aşkar edilmiş 45 kq ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

 

 

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

Fotoları təqdim edirik
Tarix: 13 Dekabr 2019, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin