BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə FHN əməkdaşının öldüyü qəza ilə bağlı qərarı açıqladı

Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Nüsrət Mehtiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, hadisə 24 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi rayonunun Poladlı kəndindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, Şükürzadə Mahir İldırım oğlunun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə “Tofaş” markalı maşın toqquşub. Nəticədə hər iki sürücü və “Tofaş”da olan 2 sərnişin – İsmət Mehdiyev və Xəlil Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Mahir Şükürzadə yerləşdiyi Bərdə rayon Mərkəzi Xəstəxanasında ölüb.
 

Məlumata görə, hadisə günü Mahir Şükürzadə nənəsinin yas mərasimi keçirilib. Və sonradan Mahirə babasının səhhətində də problem olduğu bildirilib və o, babasını müayinə etmək üçün həkim gətirməyə gedib. Bu zaman Mahir Şükürzadə ağır qəzada həyatını itirib.


Qəzada ölən Mahir Şükürzadənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğu bildirilir. Hadisə iş vaxtı deyil, onun xidmətdən kənar olan zaman qeydə alınıb.


Məlumata görə, Mahir Şükürzadə nişanlı olub və toyu olacaqmış. Nənəsi vəfat etdiyi üçün toy təxirə salınıbmış.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nüsrət Mehtiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 7 Noyabr 2025, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin