BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlar harada müalicə olunurlar, Azərbaycanda, yoxsa xaricdə? - SORĞU

Xəbər verdiyimiz kimi, bu ilin ilk 9 ayı ərzində İsraildən müalicə üçün Azərbaycana gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 dəfə artaraq 159 nəfərə çatıb. Müzakirələr fonunda Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədlinin Pravda.az-a açıqlamasında “Təkcə İsrail deyil, hətta Türkiyə vətəndaşları da Azərbaycana müalicə üçün müraciət edirlər” deməsi diqqətləri deputatların üzərinə çəkib. Bəs görəsən, parlament üzvləri səhhətləri ilə bağlı problem yaşadıqda hara öz tuturlar: xaricə, yoxsa yerli xəstəxanalara?

 

Pravda.az bununla bağlı Milli Məclisin deputatları arasında sorğu keçirib.

 

Sorğuya elə birinci Müşfiq Məmmədli ilə başladıq.

 

Deputat bildirdi ki, müalicə üçün özü də xaricə getmir:

Müşfiq Məmmədli: “Vətəndaşların məcburi müayinə edilmələrinə ehtiyac  yoxdur” Pravda.az

“Xeyr. Xaricə getmirəm. Azərbaycan səhiyyəsinə müraciət edirəm. Özüm də səhiyyə sahəsində calışmışam”.

 

Deputat Cavanşir Paşazadə də həmkarı ilə həmfikirdir:

Cavanşir Paşazadə oğlunun biznesindən danışdı: “Tutaq ki, milyardı var,  kimə nə dəxli?!” - VİDEO Pravda.az

“Ölkədə müalicə olunuram, öz həkimlərimə etibar edirəm...”

 

Deputat Fazil Mustafa da dedi ki, müayinə üçün xaricə getmir:

Fazil Mustafa: "Rədd olsun 8 may" Pravda.az

“Sui-qəsddən sonra yaralanmışdım. Həmin vaxt Türkiyədə qoluma görə bir-iki həkim konsultasiyasından keçmişəm. Bakı Sağlamlıq Mərkəzində sığorta olunmuşuq, orada müayinədən keçirəm, çox yüksək səviyyədə diqqət var. Təkcə bizə yox, sığorta olunan vətəndaşların hamısına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Buna görə başqa seçim etməyi düşünmürəm. Bir yerdə xidmət yüksək səviyyədədirsə, onda başqa seçimə ehtiyac qalmır".

 

Deputat Razi Nurullayev də Azərbaycan səhiyyəsinə etibar edir:

Razi Nurullayev: “Yaxınlarım işsizdir, məni günahlandırırlar ki, deputat da  oldun, işə düzəltmədin…” Pravda.az

“Müalicə üçün xaricə getmirəm. Getdiyim yer, əsasən, Bakıda yerləşən xəstəxanalardır. Daha çox sığorta olunduğum xəstəxanaya - Bakı Sağlamlıq Mərkəzinə üz tuturam”.

 

Deputat Aydın Mirzəzadənin isə sağlamlığından şikayəti yoxdur:

Aydın Mirzəzadə: “Kimsə Azərbaycan daxilinə hansısa digər ölkənin  problemlər toplusunu yerləşdirməyə cəhd etməsin, xalqımız məsələləri həll  edə bilir” Pravda.az

“Səhhətimdə elə bir ciddi problem yoxdur. Xırda nasazlıq olanda elə şəhər poliklinikalarının xidmətindən istifadə edirəm”.

 

Deputat Samir Vəliyev də sağlam qalmağa çalışır:

Samir Vəliyev: “Kimdənsə nəsə xahiş etməklə heç kim millət vəkili ola  bilməz” - MÜSAHİBƏ Pravda.az

“Çalışıram ki, xəstələnməyəm. Bunun üçün idmanla məşğul olmaq, gündəlik düzgün qida rasionunu müəyyən etmək, hər zaman daimi hərəkətdə olmaq lazımdır ki, xəstələnməyəsən, həkimlərə də ehtiyac olmasın. Lakin zərurət yarandıqda, həkimə müraciət etmək ehtiyacı olduqda birinci növbədə öz həkimlərimizə müraciət edirəm. Hesab edirəm,  təcrübəli, peşəkar həkimlərimiz kifayət qədər çoxdur. Çox yaxşı maddi-texniki baza ilə təchiz olunmuş xəstəxanalarımız var. İkinci ölkə xaricindəki hər hansı klinikanın həkiminə ehtiyac varsa, onun da məsləyə münasibətdə fikrinin öyrənilməsi zərurəti yaranacaqsa, bu halda Türkiyədə hansısa xəstəxanaya və ya həkimə müraciət edə bilərəm. Hansısa ölkə klinikası, həkimi də ola bilər. Hələ ki, şükür Allaha, elə bir ciddi xəstəliyim olmadığından nə yerli həkimlərimizə, nə də xarici ölkə xəstəxanalarına ciddi problemlə müraciət etmişəm”.

 

Aytəkin Qardaşova

Tarix: 7 Noyabr 2025, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin