BURADA REKLAMINIZ OLA
BİLƏR

Təbii antibiotik və güclü antioksidant - Kəklikotu

Mətbəxlərdə ət və salatların ayrılmaz ədviyyatı olan kəklikotu, əslində “təbii dərman”dır.

 

Pravda.az bildirir ki, qədim dövrlərdən bəri xalq təbabətində istifadə olunan bu bitki orqanizmi gücləndirən, soyuqdəymə və öskürəyə qarşı təsirli bir vasitə kimi tanınır.

 

Kəklikotunun faydaları bunlarla məhdudlaşmır:

 

Həzm sistemini tənzimləyir, qaz və şişkinliyi aradan qaldırır,

 

İştah açır və bədəni canlandırır,

 

Tənəffüs yollarını təmizləyir,

 

Antibakterial təsiri ilə orqanizmi infeksiyalardan qoruyur.

 

Mütəxəssislər təbii kəklikotu çayının gündə bir dəfə içilməsini tövsiyə edir, lakin yüksək təzyiq və mədə problemi olanların həkimlə məsləhətləşməsi vacibdir.

 

Əminə Bayramova

Tarix: 7 Noyabr 2025, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin