BURADA REKLAMINIZ OLA
BİLƏR

“Torqovı”da soyunub insanlara bıçaqla hücum çəkən şəxslərin kimliyi bilindi - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) dünən gecə Nizami küçəsində baş verən hadisə ilə bağlı məlumat yayıb.

 

DİN-dən Pravda.az verilən məlumata görə, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər.

 

Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

 

Araşdırmalar zamanı onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 13 Dekabr 2019, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin