BURADA REKLAMINIZ OLA
BİLƏR

İrem Yılandilin “Trendyol Azərbaycan”ının “endirim”i başlamadan bitdi - FOTO

İstifadəçilər “Trendyol Azərbaycan”da 6-11 noyabr tarixlərini əhatə edən "Super alış-veriş günləri" ilə bağlı problemlə üzləşiblər.

 

Pravda.az xəbər verir ki, onlar daha çox “NOYABR20 koduna 20% endirim” kampaniyasında problem yaşayıblar.

 

Belə ki, koddan istifadə edilmədiyi halda istifadə olunurmuş kimi bildiriş gəlir, kodun vaxtı bitmədiyi halda isə “kod bitdi” kimi xəbərdarlıqlar olunur: “Bir neçə dəfə təkrar - təkrar yazırsan “noyabr20” bildiriş gəlir ki, tətbiq olundu, amma baxırsan qiymətdə heç bir dəyişiklik yoxdur”.

 

Müştərilər “Trendyol Azərbaycan”ın işi düzgün qurmadığından şikayətçidirlər. Bildirilir ki, bu platformada baş verənlər qeyri-dəqiqlik halları digərlərindən 2-3 dəfə çoxdur.

 

Qeyd: “Trendyol Azərbaycan” MMC-nin qanuni təmsilçisi İrem Çağrı Yılandildir. Şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 64, “City Tower” 16-cı mərtəbədir.

 

Nadir

Fotoları təqdim edirik
Tarix: 11 Noyabr 2025, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin