BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə həbsdə olan Əlixan Məhərrəmli ilə bağlı qərar verdi

Ali Məhkəmədə Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərmiş Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri olmuş Əlixan Məhərrəmlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məhərrəmli tələbə qız və onun anasından hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

Qeyd: Ə.Məhərrəmli 2018-ci ildə Kayseri Şəhəri Azərbaycanlı Tələbələr Birliyinin, 2020-ci ildən Kayseri Türk Dünyası Tələbələr Birliyinin sədri olub.


İttihama görə, o, Türkiyədə təhsil alan S.Əkbərovanı (şərti) guya qeyri-qanuni hərəkətləri ilə əlaqədar şantaj edərək ondan 68 min manat tələb edib. Tələbə bu barədə anasına məlumat verdikdən sonra da təqsirləndirilən şəxs şantaja davam edib. S.Əkbərova tələbə yoldaşı Əlixan Məhərrəmlinin ondan hədə-qorxu gəlməklə 20 min dollar tələb etməsi ilə bağlı polis orqanına müraciət etmişdi.


Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib.

Kamal Məmmədov 

Tarix: 12 Noyabr 2025, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin