BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ilin 10 ayında 78 stomatoloji klinikada yoxlama keçirilib, 72-sində nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar-oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib, onlardan 72-sində müxtəlif nöqsanlar aşkar edilib.

 

Bu barədə AEM-dən məlumat verilib.

 

Nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, səkkizi lisenziyadan kənar iş və fəaliyyət, doqquzu sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, ikisi lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğulolma faktı, beşi isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğulolma faktı üzrə aşkarlanıb.

Tarix: 12 Noyabr 2025, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin