BURADA REKLAMINIZ OLA
BİLƏR

Motosikletlə qəza törədərək yaralı sərnişinin qohumlarını aldatdı - HƏBS

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Xanalı Səfərovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 5 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


İttihama görə, hadisə 20 yanvar 2025-ci il tarixdə, saat 19:30 radələrində İmişli-Saatlı avtomobil yolunun İmişli rayonunun Qaralar kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Xanalı Səfərov nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, dövlət qeydiyyat nişanı olmayan motosikleti təxminən 50 km/saat sürətlə idarə edib. O, ehtiyatsızlıqdan motosikletin sağ təkərini yolun sağ tərəfində aparılan qazıntı işləri ilə bağlı yolun hərəkət hissəsinə tökülmüş torpaq sahəsinə toxundurub. Nəticədə idarəetməni itirərək motosikleti 3,6 metr məsafədə yolun sol kənarına aşırıb.


Bu zaman motosikletin kustar üsulla düzəldilmiş yük yerində oturmuş sərnişin Cahangir Xudiyev ehtiyatsızlıqdan yerə yıxılaraq sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alıb.


Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmişi motosikletin yük yerinə qoyaraq yaşadığı evə aparıb və törətdiyi hadisəni gizlətmək məqsədilə yaxınlarına guya onu yol kənarında aşkar etdiyini bildirib.


Zərərçəkmiş C.Xudiyev qohumları tərəfindən İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin göstərilən tibbi yardımlara baxmayaraq, o, 21 yanvar 2025-ci il tarixdə, saat 10:10-da ölüb.


Hadisədən sonra Xanalı Səfərov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


Kamal Məmmədov 

Tarix: 13 Noyabr 2025, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin