BURADA REKLAMINIZ OLA
BİLƏR

Doqquz yaşlı qıza qarşı əxlaqsızlıq edən dərzi köməkçisinin cəzası azaldıldı

Şirvan Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən İlqar Nəbiyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Onun əməli Cinayət Məcəlləsinin (CM) 150.3.3-cü maddəsindən CM-in 153.2-ci maddəsinə tövsif olunub və İlqar Nəbiyevi həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 4 il 6) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


İttihama görə, hadisə 31 oktyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində Masallı rayonu ərazisində qeydə alınıb.


Belə ki, dərzi köməkçisi işləmiş İlqar Nəbiyev sexdə olarkən 2014-cü il təvəllüdlü, zərərçəkmiş S.D. (adı, soyadı şərtidir) anasına məxsus şalvarı götürmək üçün ora gəlib. O, 9 yaşlı qızın sexdə tək qalmasından istifadə edərək paltar dəyişmək üçün istifadə olunan digər otağa keçib. Sonra İlqar qızı həmin otağa anasına məxsus şalvarı seçmək bəhanəsi ilə aldadıb çağıraraq seksual xarakterli digər zorakılıq hərəkətləri edib.


Hadisədən sonra İlqar Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.


Kamal Məmmədov

Tarix: 13 Noyabr 2025, 10:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin