BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə həmkəndlisini döyərək öldürən şəxslə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində Beyləqanda yolda dava zamanı həmkəndlisini döyərək öldürməkdə təqsirləndirilən Seyidağa Rüstəmlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.


Qeyd: Hadisə ötən il oktyabrın 11-də baş verib. İttihama hörə, Seyidağa Rüstəmli içkili halda ictimai asayişi pozaraq avtomobil yolunu bağlayıb və sürücülərlə mübahisə edib.


Bunun qarşısını almaq üçün Ramil Kərimov Seyidağaya yaxınlaşıb və onu ərazidən uzaqlaşdırmağa çalışıb. Bu zaman Ramil Kərimovla Seyidağa Rüstəmli arasında mübahisə yaranıb. Seyidağa Ramilin sinə, üz və baş nahiyələrinə yumruq vurub.


Ramil Kərimov bundan sonra xəstəxanaya yerləşdirilib və oktyabrın 22-də orada vəfat edib.


Təqsirləndirilən Seyidağa Rüstəmliyə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma), 221.2.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seyidağa Rüstəmli 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 13 Noyabr 2025, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin