BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekran qarşısında böyüyən nəsil: Mütəxəssislərdən valideynlərə xəbərdarlıq

Rəqəmsal cihazlar uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.


Pravda.az xatırladır ki, uzunmüddətli ekran istifadəsi uşaqlarda diqqət pozğunluğu, yuxusuzluq və sosial təcrid yarada bilər.


Mütəxəssislərin tövsiyələri:


2 yaşdan aşağı uşaqlara ekran qadağandır. Bu dövrdə beyin inkişafı real qarşılıqlı əlaqəyə əsaslanır.


Ekran vaxtı 1 saati keçməməlidir. 3–6 yaş arası uşaqlar üçün gün ərzində maksimum 60 dəqiqə məsləhətdir.


Uşağı izləyici kimi yox, iştirakçı kimi yönləndirin. Birlikdə izləyin, izah edin, sual verin.


Açıq havada oyun vaxtı artırılmalıdır. Günəş işığı və fiziki aktivlik psixoloji tarazlığı qoruyur.


Psixoloqlar vurğulayır ki, balanslı texnologiya istifadəsi uşağın həm idrak, həm də emosional inkişafı üçün əsas şərtdir.


Əminə Bayramova 

Tarix: 13 Noyabr 2025, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin