BURADA REKLAMINIZ OLA
BİLƏR

Agentliyin maliyyə yardımı: “Media subyektləri cəmiyyətə daha keyfiyyətli xəbər məhsulu ötürürlər” - RƏY

“Medianın İnkişafı Agentliyi (MEDİA) artıq bir neçə ildir, onlayn medianın inkişafı üçün maliyyə ayırır. Bu, onlayn medianın üzərinə qoyulan tələblərin həyata keçirilməsində dövlətin növbəti maliyyə dəstəyi, həmçinin MEDİA-nın bilavasitə fəaliyyətindən doğan məsələdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış jurnalist Yadigar Məmmədli deyib.

Yadigar Məmmədli

“Agentlik yaranan dövrdən məhz medianın indiki zamanda problemlərinin qarşısının alınması, güclənməsi istiqamətində xeyli müsabiqələr keçirib və maliyyə vəsaiti ayırır. MEDİA-nın əməkdaşları monitorinq aparırlar və nəticədə standartlara, şərtlərə uyğun olan media subyektlərinin fəaliyyətinə baxırlar. Məqsəd indiki çətin məqamda rəqabətliliyin qalması, medianın inkişafı, bazar münasibətində ayaqda durması, keyfiyyətli, operativ xəbərlər verməsidir. Bu, vacib addımdır. "İnformasiya əldə etmək haqqında qanun"a görə, Azərbaycan vətəndaşı dolğun informasiya almalıdır. Düşünürəm, media orqanlarımız bu baxımdan fəaliyyətlərini artırırlar, cəmiyyətə daha keyfiyyətli xəbər məhsulu ötürürlər”, - o bildirib.

 

Qeyd: Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib. Bu dəfə müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektlərinin hər birinə aylıq 5000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsi nəzərdə tutulur. 6 (altı) ay müddətində qüvvədə olan müqavilə ərzində qalib gəlmiş media subyektində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 (səkkiz yüz) manat təşkil etməlidir.

 

Aytəkin Qardaşova

Tarix: 13 Noyabr 2025, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin