BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN səfirliyə məxsus avtomobillərin qayda pozuntularına münasibət bildirdi - FOTO

Sosial şəbəkələrdə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb.

 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.

 

Qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.

Fotoları təqdim edirik
Tarix: 13 Noyabr 2025, 19:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin