BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüsal Aslanov bu departamentə rəis təyin etdi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinə yeni rəis təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QSC sədri Vüsal Aslanovun müvafiq əmri ilə sözügedən vəzifəyə Samir Allahverdiyev gətirilib.

 

Qeyd edək ki, Samir Allahverdiyev bundan əvvəl "Umid Babek Operatıng Company" və "AzərGold" şirkətlərində Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitnin (SƏTƏM) müdiri olub. 

 

Xatıradaq ki, bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilən Aqil Allahverdiyev oktyabrda karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Tarix: 14 Noyabr 2025, 13:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin