BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda prospektlə küçənin kəsişməsində hərəkətin təşkili dəyişdirildi - VİDEO

Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib.

 

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Sürücü və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə kəsişmədə NİİM tərəfindən LED işıqlandırma ilə təchiz olunan yeni işıqforlar quraşdırılıb.

 

Sürücülərin daha aydın görmələri üçün "L" və "A" tipli olmaqla piyada bölməli ümumilikdə 16 işıqfor hərəkət iştirakçılarının istifadəsinə verilib.

 

Qeyd edək ki, işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilib.

 

Tarix: 14 Noyabr 2025, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin