BURADA REKLAMINIZ OLA
BİLƏR

“Avtoş”luq edib, yola pul səpənlər həbs olundular - VİDEO

Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Bu haqda DİN Mətbuat Xidmətindən bildirilib.

 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.

 

Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.

 

Tarix: 14 Noyabr 2025, 20:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin