BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə "Azərişıq"ın vətəndaşa qanunsuz yazdığı 18 min manat borcu sildi

Gəncə İnzibati-İqtisadi Məhkəməsində Şəmkir rayon sakini Abbaslı Şəhriyar Zəkulla oğlunun “Azərişıq” ASC-yə qarşı iddiasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, iddiaya hakim Kamil Rzayevin sədrliyi ilə baxılıb.

 

İddiaçı “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 20 min 606 manat 16 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

 

İddiaçı tələbini onunla əsaslandırıb ki, Şəmkir rayonu, Mahmudlu kəndinin ərazisində ona məxsus istixana var. Onunla “Azərişiq” ASC arasında bağlanmış müqaviləyə əsasən sayğac quraşdırılmış və uzun illərdir ki, sərf etdiyi elektrik enerjisinin dəyərini ödəyərək ondan istifadə edib. Bu illər ərzində sayğacı idarənin əməkdaşları tərəfindən mütamadi olaraq yoxlanılmış və hər hansı bir pozuntuya yol verilmədiyi barədə aktlar tərtib olunmuşdur. Lakin 2019-cu ilin oktyabr ayının 11-də onun xəbəri olmadan barəsində akt təqdim edərək, guya sayğacın sərf olunan elektrik enerjisini qeyd etmədiyi müəyyən olunub. Sayğac onların öz idarələrinin ərazisində yerləşir və sayğaca iddiaçının özü tərəfindən hər hansı bir müdaxilə qeyri-mümkündür.

 

Məhkəmə iddianı qismən təmin edərək, “Azərişıq” ASC-nin  18 min 630 manat 54 qəpik borcunun silinməsinə qərar verib.

Tarix: 13 Dekabr 2019, 13:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin