BURADA REKLAMINIZ OLA
BİLƏR

Hansı qidaları bişirərək yemək daha faydalıdır?

Bəzi qidaları pişirərək yemək onların faydasını artırır.


Pravda.az bildirir ki, pomidor adətən çiy salatlarda istifadə olunur və C vitamini ilə zəngin tərəvəz sayılır. Lakin araşdırmalar göstərir ki, pomidor bişirərək yeyildikdə likopen miqdarı artır və bu, antioksidant təsiri gücləndirir. Həmçinin bişmiş pomidorun lifləri yumşalır və həzm sisteminə daha asan həzm olur.
 

Banan və digər qidalar:


Banan: Yetişməmiş banan diabet xəstələri üçün daha faydalıdır, çünki şəkər miqdarı azdır.


Kök: Bişirərək istifadə edildikdə beta karoten miqdarı artır və antioksidant təsir üç dəfə çoxalır.


İspanaq: Bişirərək istehlak edildikdə kalsium və dəmirin udulması artır, oksalat turşusu təsirsiz olur.
 

Çörək: Qızardılmış Çörəyin glisemik indeksi aşağıdır və diabet xəstələri üçün daha uyğundur.


Pendir: Hər növ pendirin fərqli faydaları vardır, protein baxımından zəngindir.


Qeyd: Bəzi tərəvəz və meyvələri bişirərək və ya fərqli şəkildə istifadə etmək onların faydasını artırır. Sağlam qidalanma üçün qidaların hazırlanma forması önəmlidir.


Əminə Bayramova 

Tarix: 17 Noyabr 2025, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin