“Elm və təhsili naziri Emin Əmrullayevin Milli Məclisdəki çıxışı müzakirələrə səbəb olub. Yaxşı münasibətlərimiz olan bir çox təhsil ekspertləri, mütəxəssisləri az qala “Hacı Şakir” yuyucu vasitələrinə çevriliblər. “Emin Əmrullayevin islahatı...” Emin Əmrullayev kimdir ki, islahat keçirsin? Görün, nə qədər siyasi savadsızsınız ki... Ölkənin Prezidenti ölkədə islahatlar aparır. Nazirliklərin borcu həmin islahatları doğru-düzgün yerinə yetirməkdir. Müəllimlərin ştat məsələsinə gəlincə, post-sovet məkanında beş-altı ölkədə müəllimlər saat hesabı ilə dərs keçirlər. Azərbaycan ən azı beş il əvvəl buna keçməli idi. Ölkəmizin bəxtinə elə bir nazir düşüb, 12 ildən sonra başa düşür ki, direktorların işə qəbulu müsabiqəsi effekt vermir. Əmrullayev kütlə psixologiyasını çox güclü bilir. Təhsildə baş verən qanunsuzluqları pərdələyir. Yenə “alver” qoxusu gəlir. Deyir ki, sertifikasiyada yüksək bal toplayanları ştata çevirəcəyik, digərləri isə saat hesabı çalışacaq. Belə olanda, müəllimlərin əməkhaqqı nə qədər aşağı düşəcək. Bundan sonra müəllimlər xahiş edəcəklər ki, nə olar, bizi də ştata çevirin. Bu da hiyləgər metoddur”.
Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, istənilən addımın elmi əsasları olmalıdır: “Hansı hədəflərimiz var və bizi hansı nəticələr gözləyir? Ölkədə son on ildə tikilən region məktəblərinin böyük hissəsi bağlanır. Son beş ildə ölkədə 500-ə yaxın məktəb bağlanıb. Bunun 300-ə yaxını son iki-üç ilə aiddir. Maraqlısı budur ki, bağlanan məktəblərin əksəriyyəti son on ildə tikilən məktəblərdir. Dövlətin yüz milyonlarla vəsaiti xərclənib. Necə ola bilər ki, həmin ərazilər planlaşdırılmayıb? Bütün bunlara görə Elm və Təhsil Nazirliyi, rəhbər şəxslər cavab verməlidirlər. Bizim həzrət (red.- elm və təhsil naziri Emin Əmrullayevi nəzərdə tutur) indi başa düşüb ki, ibtidai təhsil səviyyəsində təhsili düzəltmədən ali təhsili düzəltmək mümkün deyil. Nə böyük fəlsəfi sözdür... Bu adama başa salsınlar ki, ibtidai təhsildə dərs deyən müəllimlər axı ali təhsili bitirirlər. Necə ola bilər? Hamı kursa gedir, müəllimliyə hazırlaşır. Sertifikasiya keçirdik və sənin nazirlik dövrünə düşdü. Bu gün qanunvericiliyə görə, ibtidai sinif müəllimləri tutduqları peşə yararlılıqlarına görə tam uyğundur. Deməli, sertifikasiyanı doğru, normal keçirə bilməmisən. Sual olunur, müəllim ştata keçiriləndə 8 saat məktəbdə qalacaqmı? Əməkhaqqı qalxacaqmı? Xeyr. Bu qərar repetitor müəllimlər üçün çox çətin olacaq. Çünki məktəb repetitorlara lazımdır ki, uşaqlar onları tanısınlar, yanına hazırlığa gəlsinlər. Artıq bir çox savadlı müəllimlər özəl məktəblərə üz tutacaqlar. Emin Əmrullayev çox ağıllıdırsa, təklif versin ki, ştata keçən müəllimlərin əmək haqqı 50% artsın. Çünki reallıqda yarım ştatdan artıq dərs demək mümkün olmayacaq. Bu qədər suallar təhsil mütəxəssisləri ilə müzakirə olunmalıdır. Kodlaşdırma ilə məşğul olub, ümumtəhsilin adını tanımayan şəxsləri yalandan ictimai müzakirələrə dəvət edirlər. Bir sözlə, çox ciddi məsələdir. Bu, ümumtəhsil məktəblərində məktəb mühitinin yaradılması üçün ideal qərardır, alqışlayıram. Bəs indiki zamanda bunu həyata keçirə biləcəyik? Kiminlə? Şərabçılıq zavodundan gələn süfrə dostları ilə? Elm və Təhsil Nazirliyində təhsildən anlayışı olan yoxdur. Təhsil İnstitutunda bir nəfər də olsun elmi fəaliyyətlə məşğul olan yoxdur. İnstitut kurs formasını alıb. Azərbaycanda pedaqoji sahədə elmi araşdırma aparan mütəxəssis yoxdur. Təhsil İnstitutunun rəhbər heyətinin heç birinin elmi dərəcəsi yoxdur. 34 şöbəsində hazırda neçə nəfər elmi araşdırmalar aparır? Emin Əmrullayevin şərabçılıq zavodundan gətirdiyi və Azərbaycan büdcəsini gəmirən komanda ilə belə islahat aparmaq mümkün deyil. Düşünürəm, ölkənin ali rəhbərliyi bu məsələyə razılıq veribsə, heç bir etimadlarını yerinə yetirə bilməyən Əmrullayevin komandası tezliklə təhsildən gedəcək. Bu sistemə keçid Emin Əmrullayevin sonu, Azərbaycan təhsilinin isə bu “qara yara”dan xilas olmasının başlanğıcıdır”.
Aytəkin Qardaşova
5 Sentyabr 20:55
5 Sentyabr 20:53
5 Sentyabr 20:36
5 Sentyabr 20:32
5 Sentyabr 20:20
5 Sentyabr 19:39
5 Sentyabr 19:33
5 Sentyabr 19:27
5 Sentyabr 19:19
5 Sentyabr 19:01
5 Sentyabr 19:00
5 Sentyabr 18:58
5 Sentyabr 18:56
5 Sentyabr 18:54
5 Sentyabr 17:18
5 Sentyabr 16:04
5 Sentyabr 16:03
5 Sentyabr 15:32
5 Sentyabr 15:31
5 Sentyabr 15:29
5 Sentyabr 15:06
5 Sentyabr 14:17
5 Sentyabr 14:15
5 Sentyabr 13:52
5 Sentyabr 12:42
5 Sentyabr 12:36
5 Sentyabr 11:35
5 Sentyabr 10:38
5 Sentyabr 10:32
5 Sentyabr 09:58
5 Sentyabr 09:57
5 Sentyabr 09:18
5 Sentyabr 09:12
5 Sentyabr 09:09
5 Sentyabr 09:03
5 Sentyabr 01:30
5 Sentyabr 01:28
4 Sentyabr 22:19
4 Sentyabr 20:35
4 Sentyabr 20:30
4 Sentyabr 20:28
4 Sentyabr 20:27
4 Sentyabr 19:35
4 Sentyabr 18:59
4 Sentyabr 18:56
4 Sentyabr 18:55
4 Sentyabr 18:48
4 Sentyabr 18:42
4 Sentyabr 18:34
4 Sentyabr 18:25
4 Sentyabr 18:15
4 Sentyabr 18:07
4 Sentyabr 17:51
4 Sentyabr 17:45
4 Sentyabr 17:33
4 Sentyabr 17:22
4 Sentyabr 17:19
4 Sentyabr 17:14
4 Sentyabr 16:59
4 Sentyabr 16:44
4 Sentyabr 16:39
4 Sentyabr 16:38
4 Sentyabr 16:31
4 Sentyabr 16:27
4 Sentyabr 16:22
4 Sentyabr 16:18
4 Sentyabr 16:17
4 Sentyabr 16:10
4 Sentyabr 16:03
4 Sentyabr 15:59
4 Sentyabr 15:52
4 Sentyabr 15:45
4 Sentyabr 15:39
4 Sentyabr 15:33
4 Sentyabr 15:28
4 Sentyabr 15:19
4 Sentyabr 15:18
4 Sentyabr 15:16
4 Sentyabr 15:14
4 Sentyabr 14:57
4 Sentyabr 14:49
4 Sentyabr 14:42
4 Sentyabr 14:37
4 Sentyabr 14:31
4 Sentyabr 14:25
4 Sentyabr 14:20
4 Sentyabr 14:14
4 Sentyabr 14:10
4 Sentyabr 14:09
4 Sentyabr 14:02
4 Sentyabr 13:53
4 Sentyabr 13:44
4 Sentyabr 13:32
4 Sentyabr 13:18
4 Sentyabr 13:17
4 Sentyabr 13:08
4 Sentyabr 12:56
4 Sentyabr 12:50
4 Sentyabr 12:48
4 Sentyabr 12:40
4 Sentyabr 12:30
4 Sentyabr 12:24
4 Sentyabr 12:21
4 Sentyabr 12:19
4 Sentyabr 12:14
4 Sentyabr 12:09
4 Sentyabr 11:59
4 Sentyabr 11:50
4 Sentyabr 11:32
4 Sentyabr 11:26
4 Sentyabr 11:14
4 Sentyabr 11:05
4 Sentyabr 11:02
4 Sentyabr 10:40
4 Sentyabr 10:38
4 Sentyabr 10:35
4 Sentyabr 10:27
4 Sentyabr 10:21
4 Sentyabr 10:13
4 Sentyabr 10:08
4 Sentyabr 09:48
4 Sentyabr 09:47
4 Sentyabr 09:41
4 Sentyabr 09:37
4 Sentyabr 09:29
4 Sentyabr 09:17
4 Sentyabr 09:14
4 Sentyabr 08:36
4 Sentyabr 08:30
4 Sentyabr 08:26
4 Sentyabr 08:20
4 Sentyabr 08:13
4 Sentyabr 08:08
4 Sentyabr 08:04
4 Sentyabr 08:03
4 Sentyabr 08:01
4 Sentyabr 06:42
4 Sentyabr 06:40
4 Sentyabr 02:08
4 Sentyabr 02:05
4 Sentyabr 01:56
4 Sentyabr 01:46
4 Sentyabr 01:43
4 Sentyabr 01:18
3 Sentyabr 20:18
3 Sentyabr 19:10
3 Sentyabr 19:04
3 Sentyabr 18:59
3 Sentyabr 18:55
3 Sentyabr 18:49
Ən son xəbərləri səhifəmizdən də izləyin