BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdərədə baş verən mina hadisəsi ilə bağlı yeni məlumat

Ağdərə rayonunda mina hadisəsi baş verib.

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən  məlumat verilib ki, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib.

 

1990-cı il təvəllüdlü Bərdə kənd sakini Əliyev Natiq Namiq oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.

 

Faktla bağlı Ağdərə rayon prokurorluğunda araşdırma aparılır.

 

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

 

 

***

 

14:41

 

Ağdərə rayonunda mina partlayışı baş verib.


Bərdə rayonunun Kələntərli kənd sakini Əliyev Natiq Namiq oğlu Ağdərənin Sırxavənd kəndində minaya düşüb.
 

Yaralı Bərdə Şəhər Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yetişdirilib və əməliyyat olunub.


Faktla bağlı araşdırma aparılır./Report

Tarix: 16 Noyabr 2025, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin