BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlarla bağlı qərar verdi

Ali Məhkəmədə oğurluqda təqsirləndirilən dəstə üzvləri Üzeyir Bayramov, Niyazi Məmmədov və Namik Bayramovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Üzeyir Bayramov 6 il 3 ay, Namik Bayramov 5 il 9 ay və Niyazi Məmmədov isə 5 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hər üç şəxs məhkəmə zalından həbs olunub. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


İttihama görə, hadisə 23 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən evlərdən birində qeydə alınıb.


Belə ki, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov, Niyazi Məmmədov və Namik Bayramov Türkiyə vətəndaşı olan iş adamı Selçuk Mahmud oğlu Tapanın yaşadığı evdən 193 095 manat pul oğurlayıblar. Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.


Araşdırmalar zamanı müəyyən edilib ki, qeyd edilən evdən oğurluq etmək təklifi əvvəlcə Üzeyir Bayramovdan gəlib. Onlar hadisə günü Niyazi Məmmədovun avtomobili ilə oğurluq edəcəkləri evə yollanıblar. Hadisədən sonra isə əldə etdikləri ev sahibinə məxsus pul vəsaitlərini aralarında bölüblər.

 

Kamal Məmmədov 

Tarix: 17 Noyabr 2025, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin