BURADA REKLAMINIZ OLA
BİLƏR

"Apple" şirkəti patent pozuntusuna görə 634 milyon dollar cərimələnib

ABŞ-nin Kaliforniya məhkəməsinin qərarına əsasən, "Apple" şirkəti qanda oksigen səviyyəsini ölçmə texnologiyası ilə bağlı patent pozuntusuna görə "Masimo" şirkətinə 634 milyon dollar ödəməlidir.

 

Məhkəmə qərarında "Apple Watch" smart-saatlarının bəzi funksiyalarının "Masimo"nun patent hüquqlarını pozduğu qeyd edilib.

 

"Apple"ın nümayəndəsinin sözlərinə görə, şirkət məhkəmə qərarı ilə razılaşmır və apellyasiya şikayəti verməyi planlaşdırır:

 

"Son 6 il ərzində "Masimo" tərəfindən "Apple"a qarşı qaldırılan 25-dən çox patent iddiasının əksəriyyəti etibarsız hesab edilib. İddia olunan patentin müddəti 2022-ci ildə bitib və köhnəlmiş texnologiyaya aiddir".

 

Oxu.az

Tarix: 17 Noyabr 2025, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin