BURADA REKLAMINIZ OLA
BİLƏR

"O pul kimlər üçünsə bir milçək vızıltısıdır"

Əməkdar artist Vasif Məhərrəmli həmkarlarına səslənib. Axşam.az xəbər verir ki, sənətçi "Rəngarəng" verilişində toylarda aldığı şabaşı sosial şəbəkədə paylaşan ifaçıları tənqid edib. O bildirib ki, insanlar sənətçilərin bu hərəkətinə gülürlər:

 

"Acizanə dərəcədə sizdən xahiş edirəm: toyda, nişanda əlinizə pul verəndə paylaşmayın. Bizə milyonlar baxır, siz kimlərinsə hissləri ilə oynayırsınız. Baxmayaraq orada böyük məbləğ yoxdur. Amma o pula ehtiyacı olanlar var. Eyni zamanda o pul kimlər üçünsə bir milçək vızıltısıdır. Onları da özünüzə güldürürsünüz".

 

V.Məhərrəmli bildirib ki, həmkarı Manaf Ağayevin də yayımladığı eyni tərzdə olan videonu sildirib.

Tarix: 17 Noyabr 2025, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin