BURADA REKLAMINIZ OLA
BİLƏR

Yollarda quraşdırılan elektron tərəzilər yükü artıq hesablayır? - AÇIQLAMA

Avtomobil yollarında quraşdırılan elektron tərəzilərlə bağlı narazılıqlar var. Yük maşınlarının sürücüləri bildirirlər ki, bəzi magistral yollarda quraşdırılan elektron tərəzilərdən keçərkən haqsız yerə 600 manat cərimə edilirlər. Tərəzilərin düzgün çalışmadığı bildirilir.

 

Məsələ ilə bağlı Pravda.az-ın suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, hər hansı narazılıq varsa, sürücülər iddia qaldırıb, problemi araşdıra, dövlətin müvafiq orqanlarına müraciət edə bilərlər.

 

“Elektron tərəzilər yeni tikilmiş, yaxud istifadədə olan yolların mühafizəsi, uzun müddət xidmət etməsi üçün vacibdir. Keyfiyyətli yol tikilə bilər, amma ona nəzarət olmalıdır ki, normadan artıq yüklənməsin. Bu isə yolun istismarına, uzun müddət xidmət etməsinə təminat yaradır. Elektron tərəzilər 2023-cü ildən aktiv olaraq quraşdırılmağa başlanıb. Proses indi də davam edir. Elektron tərəzilər həm şərq-qərb, həm də şimal-cənub nəqliyyat dəhlizlərini əhatə edən magistral yollarda quraşdırılır və qoyulan tələblərə əsasən, müəyyən yük normalarını aşmayacaq şəkildə hərəkəti təmin edir. Əgər hərəkətdə olan avtomobil normadan artıq yüklənibsə, növbəti posta ötürülür və barəsində cərimə sanksiyası tətbiq edilir”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 17 Noyabr 2025, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin