BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarın piyləri sağlam qidalanma ilə necə əriyir? - Mütəxəssisdən 8 effektiv qayda

Qarın və bel ətrafında toplanan piylər həm görüntü, həm də sağlamlıq baxımından risk yaradır.


Pravda.az bildirir ki, düzgün qidalanma və gündəlik vərdişlərdə kiçik dəyişikliklərlə bu bölgədə incəlmə mümkündür.


Qarın yağlarını azaltmaq üçün əsas qaydalar:


Şəkəri minimuma endirin

Paketli məhsullardakı “gizli şəkər” qarın piylərinin ən böyük səbəblərindən biridir. Şəkərli içkilər və desertlərdən uzaq durmaq tövsiyə olunur.


Meyvəni həddindən artıq yeməyin

Früktozun çox qəbulu qarın bölgəsində yağlanmanı artırır. Meyvə porsiyalarına nəzarət edilməlidir.
 

Bağırsaq sağlamlığını gücləndirin

Kefir və qatıq kimi probiotiklər şişkinliyi azaldır, həzmi yaxşılaşdırır və qarın çevrəsinin kiçilməsinə kömək edir.


Hər yeməkdən sonra qısa yürüyüş edin

15–20 dəqiqəlik sürətli piyada gəzinti insulini tənzimləyir və qarın bölgəsində yağ yığılmasının qarşısını alır.
 

Yağ yandıran “detoks” içkilərdən istifadə edin

Kefir, zəncəfil, alma və limon suyundan hazırlanan qarışıqlar metabolizmi sürətləndirir.


Karbohidrat və proteini ayırın

Həzm yükünü azaltmaq üçün bu iki qida qrupunu eyni öyündə deyil, ayrı zamanlarda qəbul etmək məsləhətdir.
 

Tərəvəzi günün vaxtına uyğun seçin

Səhər və nahar zamanı çiy tərəvəzlər, axşam isə bişmiş tərəvəzlər daha uyğundur.
 

Su, yuxu və nizamlı həyat tərzi

Bol su içmək, uğurlu yağ yanmasının əsas şərtlərindən biridir. Yuxu rejimi və gündəlik aktivlik də vacib rol oynayır.
 

Qeyd: Qarın bölgəsindəki piyləri azaltmaq üçün sərt pəhrizlərə ehtiyac yoxdur. Davamlı, balanslı və sağlam qidalanma vərdişləri ilə bu bölgədə nəzərəçarpacaq incəlmə əldə etmək mümkündür.


Əminə Bayramova 

Tarix: 17 Noyabr 2025, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin