BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaratdı

ABŞ və Ermənistan “Tramp marşrutu”nun həyata keçirilməsi məqsədilə birgə işçi qrupunun fəaliyyətə başladığını açıqlayıb.

 

Bu barədə Ermənistan mediası məlumat yayıb.

 

Məlumata görə, işçi qrupuna ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək.

 

ABŞ dövlət katibinin müavini Elison Huker İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə işçi qrupun detallarını təqdim edib.

 

Onun sözlərinə görə, ABŞ-Ermənistan əməkdaşlığı, həmçinin Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətlərinin normallaşması üzrə irəliləyiş “Cənubi Qafqazın mühüm ticarət marşrutu kimi açılması üçün yeni perspektivlər yaradır”.

 

APA

Tarix: 17 Noyabr 2025, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin