BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə mağazada aksiz markasız siqaret satan sahibkarla bağlı qərar verildi

Ali Məhkəmədə saxta aksiz markalarının və məcburi nişanların dövriyyəsində və aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satmada təqsirləndirilən Orxan Həbibovun (soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya protesti təmin edilməyib.


İttihama görə, Orxan Həbibov Cinayət Məclləsinin 205-1 və 213-1.1-ci maddələri ilə irəli sürülən ittihamlar onun saxta və aksizsiz məhsulların satışında iştirak etməsi ilə bağlıdır.


Belə ki, o, fərdi sahibkar kimi uçota alınmış şəxsin VÖEN-dən istifadə etməklə sahibkarlıq fəaliyyəti göstərərkən 2024-cü ilin fevral ayının əvvəlində saxta aksiz markası ilə markalanmış 2 292 ədəd alkoqollu içkini, 2024-cü ilin yanvar ayının ortalarında isə ümumi dəyəri 1 575 manat olan 630 qutu aksiz markası olmayan tütün məmulatını naməlum mənbədən əldə edib. Həmin məhsulları paytaxtın Yasamal rayonu ərazisində yerləşən ərzaq mağazasında satış məqsədilə saxladığı müəyyən edilib.


Yasamal Rayon Məhkəməsinin hökmü ilə Orxan Həbibov aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il 3 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini qismən təmin edib, Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Onun aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il 3 ay müddətinə islah işləri cəzasına məhkum edilməsi müəyyən edilib. Dövlət ittihamçısı həmin qərardan kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

Kamal Məmmədov 

Tarix: 18 Noyabr 2025, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin