BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyada keçidində qadını vuraraq öldürən şəxs məhkəmə zalından həbs edildi

Abşeron Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Arif Əsədzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib və təqsirləndirilən məhkəmə iclas zalından dərhal həbs olunub.


İttihama görə, hadisə 18 iyul 2025-ci il tarixdə, saat 17:07 radələrində Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 22,4-cü kilometrliyində baş verib.


Belə ki, Arif Əsədzadə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən sürət həddini və piyada keçidində davranış qaydalarını pozub. O, nizamlanmayan piyada keçidinə yaxınlaşarkən sürəti azaltmaması və piyadaya yol verməməsi nəticəsində piyada Zərifə Alosmanova avtomobillə vurub. Qadın aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.


Hadisədən sonra Arif Əsədzadənin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi. 

Kamal Məmmədov 

Tarix: 18 Noyabr 2025, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin